Sosial şəbəkədə biz:

Bu gün "Fənərbağça" - "Qalatasaray" derbisi var

10 April 2022, 11:00
Gündəm

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, XXXII tura təsadüf edəcək prinsipial oyunda "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək.

"Ülkər" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Qarşılaşmanı Atilla Karaoğlan idarə edəcək. Komandalar arasında ilk dövrədə Nef stadionunda keçirilmiş matçda "sarı-lacivərdlilər" 2:1 hesablı qələbə qazanıb.

Bugünkü qarşılaşmada meydan sahiblərindən yarımmüdafiəçilər Mesut Özil və Ozan Tufan oynamayacaq.