Sosial şəbəkədə biz:

Lerikdə 18 yaşlı oğlan özünü güllələdi

29 March 2016, 20:18
Gündəm
Lerik rayon sakini ehtiyatsızlıqdan özünü güllələyib. APA-nın məlumatına görə, hadisə bu gün saat 18 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Elcan İzzət oğlu Zahidov ov tüfəngini təmizləyərkən tüfəng açılıb və güllə ona dəyib. Nəticədə E. Zahidov yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.