Sosial şəbəkədə biz:

Heydər Babayev ABŞ-dakı villasını satdı - FOTO

11 April 2022, 08:37
Gündəm

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-da Vaşinqton ətrafındakı 4609 Charleston Ter ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi "Aliya Babayeva L.L.C" üzərindən alınıb. Şirkət 2011-ci ildə ləğv edilsə də, əmlak iki il əvvəl satılıb. Satışın səbəbi məlum deyil. Onun yeni sahibi amerikalı vəkil Deckelbaum David və the Charleston Revocable Trustdur.

Sabiq nazirin 2011-ci ildə Lüksemburqda həyat yoldaşının adına "Mercury Europe Holdings" əmlak şirkəti təsis etdiyi məlumdur.

Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi vəzifəsində çalışıb. "Wikileaks" sənədlərinə görə 2006-cı ildə səfir Rino Harniş tərəfindən göndərilmiş məxfi teleqramda Heydər Babayev ABŞ-ın adamı kimi xarakterizə edilmişdi.