Zeynəb Kazımova 12 gün öncə təyin olunduğu vəzifəsindən imtina etdi
Hesablama Palatasının mətbuat katibi vəzifədən ayrılıb.
Bu barədə Zeynəb Kazımova öz “Facebook” hesabında paylaşım edib.
Z.Kazımova öz ərizəsi ilə vəzifəsindən ayrıldığını bildirib.
Xatırladaq ki, Z.Kazımova Palatanın mətbuat katibi vəzifəsinə martın 31-də təyin edilmişdi.