Sosial şəbəkədə biz:

Maştağada 6 saatdır ki, işıq yoxdur - Ağacların budanmasına görə

01 April 2016, 15:35
Gündəm
Bu gün səhər saatlarından etibarən Maştağa qəsəbəsinin bir hissəsində işıqlar sönüb. Bu barədə “Qafqazinfo”ya qəsəbənin M.Ə.Sabir küçəsinin sakinləri məlumat veriblər. Onların sözlərinə görə, küçədə artıq 6 saatdan çoxdur ki, işıq yoxdur. “Qafqazinfo” məsələ ilə bağlı “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O bildirib ki, sözügedən ərazidə qış rejimindən yay rejiminə keçidlə əlaqədar yenidənqurma işləri aparılır: “Ağacların budanması, təmizlənməsi həyata keçirilir ki, onlar işıq xətlərinə maneə törətməsinlər. Buna görə də əməkdaşlarımızın təhlükəsizliyi məqsədilə ərazidə işıqlar söndürülüb. Yaxın vaxtlarda elektrik enerjisinin verilişi bərpa ediləcək”.