Sosial şəbəkədə biz:

Odessa məhkəməsi azərbaycanlılara atəş açan bolqarı həbs etdi

Ukraynanın Odessa şəhərində 3 azərbaycanlıya atəş açan 21 yaşlı bolqar tələbə haqqında həbs-qətimkan tədbiri seçilib. APA-nın yaydığı xəbərə görə, bu barədə Odessanın Kiyev Rayon Məhkəməsi qərar qəbul edib. Xatırladaq ki, mayın 1-də şəhərdə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib. Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb. 3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol