Sosial şəbəkədə biz:

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

26 April 2022, 08:29
Gündəm

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.


"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.


Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək. APA