Sosial şəbəkədə biz:

İcra başçısı cəbhədəki gərginliyə münasibət bildirdi

02 April 2016, 12:49
Gündəm
Tərtər rayonunda hər şey normaldır.   Bunu Report-a açıqlamasında Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov bildirib.   İcra başçısı Tərtərin cəbhəboyu kəndlərinin boşaldılması ilə bağlı məsələyə də aydınlıq gətirib.   O qeyd edib ki, kəndlərin boşaldılması ilə bağlı yayılan informasiyalar yanlışdır:   "Rayonda vəziyyət sabitdir, panikaya əsas yoxdur. İnsanlar adi qaydada işləyir, sakinlər hamısı yerindədir, vəziyyətə nəzarət olunur".