Sosial şəbəkədə biz:

Roman Nəsirov Ukraynada yüksək vəzifəyə təyin olundu

Nazirlər Kabineti qərar qəbul etdi. Bu gün Ukraynanın Nazirlər Kabineti növbədənkənar iclasda parlamentin vergi və gömrük siyasəti üzrə komitəsinin rəhbəri, “Petr Poroşenkonun bloku”ndan olan deputat Roman Nəsirovu Dövlət Fiskal Xidmətinin rəhbəri təyin edib. Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin məlumatında deyilir. “Nazirlər Kabineti mayın 5-də növbədənkənar iclasda Roman Nəsirovu Dövlət Fiskal Xidmətinin rəhbəri təyin etdi”, - məlumatda deyilir. Qeyd olunur ki, Nəsirovun müavinləri Konstantin Likarçuk və Sergey Bilan təyin olunublar. 2011-2012-ci illərdə Nəsirov “Ukranaft”ın idarə heyətinin rəhbəri, 2013-2014-cü illərdə isə Ukraynanın Dövlət Ərzaq-Taxıl Korporasiyasının idarə heyətinin sədr müavini vəzifəsini tutub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol