Odessada “Bayraqdar”ın olduğu anqarlar vuruldu
Rusiya Silahlı Qüvvələri “Oniks” səsdən sürətli qanadlı raketləri ilə Odessada xarici silahlarla dolu anqarları məhv edib.
Manset.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.
“Yüksək dəqiqlikli “Oniks” raketləri Odessa vilayətindəki hərbi aerodromdakı logistika mərkəzinə zərbələr endirib. “Bayraqdar TB-2” PUA-ları, eləcə də ABŞ və Avropa ölkələrindən gətirilən raket və sursatların olduğu anqarlar məhv edilib”, - Konaşenkov bildirib.