Sosial şəbəkədə biz:

Sarkisyan Ermənistan ordusunun itkilərini açıqladı...

02 April 2016, 22:00
Gündəm
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Dağlıq Qarabağdakı döyüşlərdə Ermənistan ordusunun məruz qaldığı itkilərin bir hissəsini etiraf edib. APA-nın “armtoday” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Təhlükəsizlik Şurasının iclasında çıxışında 18 nəfər itirdiklərini, 35-ə yaxın yaralılarının olduğunu bildirib. S. Sarkisyan XİN-ə Ermənistan və “DQR” arasında qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalanması üçün hazırlıqlar aparılmasını və müvafiq layihənin parlamentə təqdim edilməsini tapşırıb. Qeyd edək ki, bəzi erməni saytlarında Ermənistan ordusunun itkilərinin 100-dən çox olması barədə məlumatlar yayılıb.