Sosial şəbəkədə biz:

Azərbaycanda jurnalist hədələndi – Boğazına bıçaq dirədilər... - FOTO

09 May 2022, 11:14
Gündəm

Jurnalist Aytən Məmmədovaya Bakıda yaşadığı binanın blokunda hücum edildiyi bildirilir.

Bu barədə jurnalist Aynur Elgünəş məlumat yayıb. 

Hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib.

A.Elgünəş bildirib ki, Aytən Məmmədovanın arxasınca liftə girən bir nəfər bıçağı onun boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib: “DİN-in 102 xidmətinə məlumat verilib”.

Qeyd olunub ki, A.Məmmədovanın izahatı alınıb.