“Ölsəm, ailəmə 30 min manat verəcəklər”
Müğənni Hacı Nazim Məmmədov həyatını sığortaladıb.
Sənətçi bu haqda "Şourum" proqramında deyib. O bildirib ki, bir avtomobilini, bir də həyatını sığortaladıb:
"Ölsəm, ailəmə 30 min manat verəcəklər. İndi də evimi sığortalatmaq istəyirəm".