Sosial şəbəkədə biz:

Mərkəzi Bank bu şirkətə protokol yazdı, məhkəmə cərimələdi

16 May 2022, 08:49
Gündəm

Sabunçu Rayon Məhkəməsində “Set Home” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.

Qeyd: “Set Home” MMC-nin barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.