Sosial şəbəkədə biz:

Putin İsveç və Finlandiyanın NATO-ya daxil olmasından danışdı

16 May 2022, 17:10
Gündəm

Rusiya prezidenti Vladimir Putin bildirib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasına ölkənin reaksiyası bu hərbi-siyasi blokun infrastrukturunun genişlənməsindən asılı olacaq.

“Problemlər sıfırdan yaradılır”, - TASS Rusiya liderinin sözlərini sitat gətirib.

Putin əlavə edib ki, onun ölkəsinin İsveç və Finlandiya ilə heç bir problemi yoxdur, ona görə də bu dövlətlərin sadəcə NATO-ya daxil olması birbaşa təhlükə yaratmır.