Sosial şəbəkədə biz:

Kanada XİN rəhbəri çağırış etdi - “Atəşkəsi bərpa edin”

04 April 2016, 09:53
Gündəm
Kanadanın Xarici İşlər naziri Stefan Dion Dağlıq Qarabağda münaqişə tərəflərinə müraciət edərək onlar təmkinli olmağa çağırıb. " Azinforum.az " ın APA-ya istinadən məlumatına görə, bu barədə Kanada XİN rəsmi saytındakı məlumatda deyilir. “Kanada Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır. Biz tərəfləri təmkinli olmağa, atəşkəsi bərpa etməyə və ATƏT-in Minsk qrupu çərçivəsində dialoqu fəal şəkildə davam etdirməyə çağırırıq”, məlumatda qeyd olunur. S.Dion bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll oluna bilər.