Sosial şəbəkədə biz:

Pakistan ordusundan Azərbaycana mənəvi dəstək

04 April 2016, 09:58
Gündəm
Cəbhə bölgəsində vəziyyət gərginləşdiyi gündən Azərbaycanı dəstəkləyən və ordusu ilə bu kömək edə biləcəyini bəyan edən Pakistan ölkəmizə mənəvi dəstək göstərib. “Qafqazinfo” xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin "Facebook” səhifəsində Azərbaycan bayrağının rəsmi paylaşılıb və həmin foto səhifənin örtük şəkili kimi yerləşdirilib. Paylaşılan foto belə təqdim olunub: “Pakistan xalqı Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir, Dağlıq Qarabağ regionu Azərbaycana məxsusdur”. Bundan sonra minlərlə azərbaycanlı feysbuk istifadəçisi səhifəyə, Pakistan Müdafiə Nazirliyinə təşəkkür yazıb.   Pakistan ordusundan Azərbaycana mənəvi dəstək