Sosial şəbəkədə biz:

Qəbir yeri qiymətlərinə nəzarət olunmalıdır - DEPUTAT

24 May 2022, 16:46
Gündəm

“Heç kimin ölüsü ortalıqda qalmayıb, amma qəbir yerlərinin də qiyməti normal olmalıdır”.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aqil Abbas qəbiristanlıqlarda yerlərin qiymətləri ilə bağlı danışarkən deyib.
O, bələdiyyələrin və aidiyyəti qurumların bu işə həssas yanaşmalı olduğunu düşünür: “Hara baxırsan, qəbiristanlıqdır. Mən qəbir yeri almamışam, qiymətlərindən də xəbərim yoxdur. Amma qiymətlər əlyandıran olmamalıdır. Elə insanlar var ki, buna pul tapmaya bilərlər.Aidiyyəti qurumlar qəbir yerlərinin qiymətlərinə nəzarət etməlidirlər. Bələdiyyələrin üzərinə də böyük məsuliyyət düşür”.