Mərhum müğənni İlhamə Quliyevanın 40 mərasimi keçirilib - FOTOLAR
Bu gün mərhum müğənni İlhamə Quliyevanın 40 mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, Təzə Pir məscidində baş tutan mərasimə mərhumun qohumları və sənət dostları qatılıblar. Gələnləri mərhum müğənninin oğulluğu Orxan Nadirov və gəlini Arifə Nadirova qarşılayıblar.
Öncə məscidə media nümayəndələri buraxılmasalar da, daha sonra onların daxil olmasına şərait yaradılıb.
Qeyd edək ki, xalq artisti İ.Quliyeva ürək çatışmazlığından fevralın 26-da vəfat edib. O, II Fəxri Xiyabanda torpağa tapşırılıb.