Sosial şəbəkədə biz:

Ən yaxşı futbolçu adına namizədlər müəyyənləşib - Siyahı

29 May 2022, 11:24
Gündəm

Çempionlar Liqasında 2021/2022 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Bu barədə UEFA məlumat yayıb.

Məlumata görə, namizədlər sırasında "Real"ın 3 futbolçusu - Vinisius Junior, Kazemiro, Kurtua və "Liverpul"un 1 futbolçusu - İbrahima Konate yer alıb.

Qeyd edək ki, "Real" ÇL-in finalında "Liverpul"u 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə sözügedən turnirin qalibi olub.(Qol.az)