Sosial şəbəkədə biz:

Ermənistan 8 yüksəkliyin itirildiyini etiraf etdi

04 April 2016, 21:13
Gündəm
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, 4 aprel saat 11-ə olan vəziyyətə görə, hərbi əməliyyatlar nəticəsində 20 erməni döyüşçüsü öldürülüb, 26 nəfər itkin düşüb. Virtualaz.org bildirir ki, Ermənistan müdafiə qurumunun məlumatında deyildiyinə əsasən, erməni ordusu 7 tank itirib, 72 əsgər yaralanıb. 8 yüksəklik itirilib — bunlardan 3-ü şimal, 5-i cənub istiqamətindədir, məlumatda belə deyilir.