Kəmaləddin Heydərovun xanımı 97 minlik tenderin qalibi oldu
Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ofis yeri üçün elan etdiyi tenderin qalibi məlum olub.
Qaynarinfo xəbər verir ki, qalib fərdi sahibkar Heydərova Ruhəngiz Muxtar qızıdır. BBMM-lə Ruhəngiz Muxtarova arasında imzalanan satınalma müqaviləsinin maliyyə dəyəri 97 680 AZN-dir.
Ruhəngiz Heydərova Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır.
O, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri, eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının üzvüdür.
BBMM-in 2020-ci ildə ofis yeri üçün Ruhəngiz Heydərova ilə müqavilə imzalayıb. Həmin müqavilənin maliyyə dəyəri 48 840 AZN təşkil edib. Ruhəngiz Heydərovanın BBMM-ə icarəyə verdiyi ofis Mikayıl Useynov küçəsi, ev 63 ünvanında yerləşir.