Sosial şəbəkədə biz:

Korrupsiya İdarəsi bu rayonda əməliyyat keçirir: Vəzifəli şəxslər həbs edildi

07 June 2022, 17:05
Gündəm

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan rayonunda əməliyyat keçirir. 

“AzPolitika.info”-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsində axtarışlar aparılır. İdarələrin bir neçə vəzifəli əməkdaşının artıq saxlanıldığı bildirilir.

Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.