Sosial şəbəkədə biz:

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni spiker təyin edildi

08 June 2022, 16:54
Gündəm

Bakı Ağır Cinayətlər Məhkəməsinə (BACM) kütləvi informasiya vasitələri ilə əlaqələrə məsul şəxs təyin edilib.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə məhkəmə sədri müvafiq əmr imzalayıb.
Əmrə əsasən, BACM-nin hakimi Telman Hüseynov vitse-spiker təyin olunub.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə BACM-nin sədr müavini Əfqan Hacıyev çalışırdı. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.

Xatırladaq ki, T.Hüseynov 2018-ci ildən BACM-nin hakimi vəzifəsində çalışır.