Sosial şəbəkədə biz:

Dağlıq Qarabağdakı gərginlik "Formula-1"in Bakıda təşkilinə təsir göstərməyəcək

05 April 2016, 09:42
Gündəm
Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi "Formula-1" üzrə Avropa Qran-Prisinin ilk dəfə Bakıda təşkilinə təsir etməyəcək. Bu barədə Rusiyanın "R-Sport" portalına Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib. O deyib ki, Gənclər və İdman Nazirliyi də belə bir açıqlama ilə çıxış edib: "Hər şey plan üzrə gedir. Yaranmış vəziyyətin heç bir təsiri yoxdur. Yürüş planlaşdırdığımız kimi də olacaq. Hər şey qüvvədədir". Qeyd edək ki, Avropa Qran-Prisi 17-19 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. ("Report")