Sosial şəbəkədə biz:

Azərbaycan Müdafiə Nazirliyi: Cavab çox sərt olacaq

05 April 2016, 09:44
Gündəm
Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın Ağdam rayonunun Ora Qərvənd kəndinin iki dinc sakini yaralanıb. Bunlar 1968-ci il təvəllüdlü Heydərov Fərhad Lənkəran oğlu və 1989-cu il təvəllüdlü Heydərov Rəşad Qulu oğludur. Yaralılare baş nahiyələrindən xəsarət alıblar. Hər iki sakin Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb. (APA) *   *   *23:52 Bu dəqiqələrdə erməni tərəfi Qarabağda təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini intensiv atəşə məruz qoymaqda davam edir. Bunu virtualaz.org-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. «Azərbaycan tərəfinin xəbərdarlığına Ermənistan silahlı qüvvələri yaşayış məntəqələtinə atəş açmaqla cavab verirlər. Neyləməli, cavab çox sərt olacaq», - Dərgahlı belə deyib.