Şəhid zabit Salyanda dəfn olunacaq
Cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Milli Ordunun baş leytnantı Mehdiyev Rəşid Rövşən oğlu qəhrəmancasına həlak olub.
Virtualaz.org bildirir ki, o, 1990-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Şəhidin tabutu artıq doğma kəndinə gətirilib.
Dəfn mərasimi bu gün saat 10-da kənd qəbiristanlığında olacaq.