Sosial şəbəkədə biz:

Mədəniyyət klubunun qadın əməkdaşı öldürüldü - İş yerində

05 April 2016, 12:53
Gündəm
Dünən Beyləqan rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə aprelin 4-də rayonun İmamverdilər kəndində baş verib. Kəndin Mədəniyyət Klubuna gələn kənd sakini Həsənalı Quliyev orada işləyən həmkəndlisi Validə Tağıyevaya münaqişə zəminində bıçaqla xəsarət yetirib. V.Tağıyeva hadisə yerində ölüb. H.Quliyev könüllü olaraq Beyləqan RPŞ-yə gəlib təslim olub.