Sosial şəbəkədə biz:

Rusiya və Ermənistan prezidentləri arasında görüş olacaq

15 June 2022, 11:00
Gündəm

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyan ilk dəfə görüşəcək.

Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçıları Sankt-Peterburqda keçirilən beynəlxalq İqtisadi Forum çərçivəsində bir araya gələcəklər.

Y.Uşakovun sözlərinə görə, V.Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü, Serbiyanın sabiq dövlət başçısı Milord Dodiklə də görüşəcək.

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində XXV Beynəlxalq İqtisadi Forum başlayır. Tədbir iyunun 18-dək davam edəcək.(report.az)