Sosial şəbəkədə biz:

İranın ali dini lideri: “Nüvə danışıqlarının təzyiqlər altında keçməsinə imkan vermərəm”

“İranın nüvə proqramı ilə bağlı danışıqların təzyiqlər altında keçməsinə imkan vermərəm”. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla İranın ali dini lideri ayətullah Əli Xamenei çıxış edib. “Böyük dövlətlərlə nüvə danışıqlarının təhdidlər fonunda keçməsi İran üçün qəbuledilməzdir. Millətimiz bunu dəstəkləmir. Hərbi təhdidlər danışıqlara kömək edə bilməz”, - deyə o vurğulayıb. Qeyd edək ki, İranın nüvə proqramı ilə bağlı danışıqlar mayın 12-də Vyanada bərpa olunacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol