Sosial şəbəkədə biz:

Müharibə dayandı, həmsədrlər gəlir

05 April 2016, 16:06
Gündəm
ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxın günlərdə Bakıya, İrəvana və Dağlıq Qarabağa səfər edəcək. “RİA Novosti” xəbər verir ki, bu haqda Fransa XİN-in rəsmi nümayəndəsi Roman Nadal keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Fransa tərəflərin hərbi əməliyyatları dayandırması üçün səylər göstərib. Ötən şənbə günü xarici işlər naziri Jan-Mark Eyro Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə telefon danışıqları aparıb. “O, Fransanın ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin dinc və dayanıqlı həllinə yönəlmiş səylərini təsdiq edib. Tərəflərin razılığına əsasən amerikalı, rusiyalı və fransalı həmsədrlər yaxın günlərdə Bakı və İrəvana, habelə Dağlıq Qarabağa gedəcək”, - Fransa XİN-in rəsmisi deyib. *   *   *15:45 Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, hazırda atəşkəslə bağlı sənəd hazırlanır. “Sənəd barədə ətraflı məlumat verməyə səlahiyyətli deyiləm”, - mətbuat katibi belə deyib. Virtualaz.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. *   *   *15:40 Virtualaz.org Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Silahlı Qüvvələrimizin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir. Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bununla bağlı hələlik açıqlama verməyib.