Sosial şəbəkədə biz:

Külək nə vaxtadək davam edəcək?

23 June 2022, 16:55
Gündəm

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, iyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək.

Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da,  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli  yağış yağacağı gözlənilir.