Sosial şəbəkədə biz:

Fərəc Kərimliyə 6 il 6 ay iş verildi

Müsavat başqanının həbsdə olan müavini Fərəc Kərimli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Başqan müavini son söz deməkdən imtina edərək yalnız bunu deyib: "Qanunların ayaq altına atıldığı məhkəmədə son söz demək sifariş verənlər üçün şərəf olar". Qeyd edək ki, aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Fərəc Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəmişdi. F. Kərimli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham edilir. Müdafiə tərəfi ittihamı əsassız sayır. Fərəc Kərimlinin siyasi sifarişlə həbs olunduğunu bildirir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol