Sosial şəbəkədə biz:

Azərbaycanda qadın ərini döyərək xəstəxanalıq etdi

05 July 2022, 16:55
Gündəm

İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib. Azinforum.az-ın məlumatına görə, S.N. ilə həyat yoldaşı R.N. arasında ailə-məişət zəminində mübahisə yaranıb.
Nəticədə qadın vintaçanla və təpiklə ərinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirib. 
R. N. döş qəfəsinin sağ tərəf 8-9-cu qabırğaların sınığı, sol təpə sümüyünün sınığı, döş qəfəsində çoxsaylı deşilmiş yaraları ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.