Rus əsgərlərinə sağ qalmaq üçün cəmi 30 dəqiqə vaxt verilir - MKİ
Süni intellektlə təchiz olunmuş dronlar yüksək ixtisaslaşmış və ucuz ölüm maşınlarına çevrilib.
Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Pensilvaniyada keçirilən Müdafiə və İnnovasiya Sammitində bildirib.
O qeyd edib ki, Ukrayna süni intellektlə işləyən hücum dronları sayəsində rus əsgərlərinin döyüş meydanındakı ömrü orta hesabla cəmi 20-30 dəqiqəyə enib.
"Kəşfiyyatımız Ukraynada gördüyünüz bəzi açıq mənbəli hesabatlarla uyğun gəlir: Ukraynada döyüş meydanına gələn rus əsgərinin orta ömür müddəti 20-30 dəqiqədir", - o bildirib.