Sosial şəbəkədə biz:

İsrail Prezidenti Ərdoğanı Qurban bayramı münasibətilə təbrik etdi

08 July 2022, 08:51
Gündəm

İsrail Prezidenti İsaak Hersoq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu Qurban bayramı münasibətilə təbrik edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon danışığı zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələləri müzakirə edilib. Ərdoğan Qurban bayramının hər iki ölkəyə, bölgəyə və bütün dünyaya sülh və əmin-amanlıq gətirməsini arzulayıb.