Sosial şəbəkədə biz:

Kütləvi idman yarışında biletləri baha satanlar cəzalanacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Sərancama əsasən İnzibati Xətalar Məcəlləsində aşağadakı dəyişikliklər edilib:
Maddə 224-1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılması
224-1.1. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasına görə -
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.
224-1.2. Kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək miqdarda cərimə edilir.
Maddə 298-1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma
298-1.0. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olmağa, yəni:
298-1.0.1. Bədən tərbiyəsi-idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa görə daxil olmasına yol verilməyən şəxslərin buraxılmasına;
298-1.0.2. bədən tərbiyəsi və idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilən əşyaların istifadəsinə, hərəkətlərin edilməsinə görə -
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol