Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Qubadakı gölü qurudan “Macəra” oteli 30 min cərimələndi və məhkəməyə verildi
Qubadakı gölü qurudan “Macəra” oteli 30 min cərimələndi və məhkəməyə verildi
15 July 2022, 08:52
Gündəm
Qubada yerləşən məşhur “Macəra” İstirahət Mərkəzi cərimələnib. Avtosfe.az xəbər verir ki, istirahət mərkəzinin kənd təsərrüfatına yararlı torpaqlardan təyinatsız istifadə edilməsi ortaya çıxıb. Buna görə, mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlə istifadə edilməsi) maddəsilə protokol tərtib olunub.
Protokol baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, həmin maddə əsasında hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
Avtosfer.az xəbər verir ki, Qubanın Nüqədi kəndində yerləşən "Macara" istirahət mərkəzinin rəhbərliyi ərazidə sakinlərin istifadə etdiyi gölü qurudur, əlavə yol çəkmək üçün isə 3 km məsafədə 3 mindən çox ağacı kəsdirib. Maraqlıdır ki, xeyli müddətdir bu barədə deyilsə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi prosesin qarşısını ala bilmir.
"Macara" istirahət mərkəzinin Mikayıl İsmayılov və Eldar Orucova məxsus olduğu bildirilir. Onlar indiyədək 6 min ağacı kəsdirib. Cəza olaraq isə bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Macara"nı 30 min manat cərimə edib. Görünür, illərlə yetişən bu ağacların birini 200 manatdan kəsmək olarmış...