Sosial şəbəkədə biz:

Avropa çempionatı: Yarımfinala vəsiqə qazanan komandalar bəlli oldu

24 July 2022, 12:22
Gündəm

İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında yarımfinalçılar müəyyənləşib.

Cütlərin tərkibi 1/4 final mərhələsinin yekununda bəlli olub.

Bu raundda İngiltərə İspaniyaya 2:1, Almaniya Avstriyaya 2:0, İsveç Belçikaya, Fransa isə Niderlanda 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, iyulun 26-da İngiltərə - İsveç, iyulun 27-də isə Almaniya - Fransa qarşılaşması keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatının finalı iyulun 31-də Londondakı "Uembli" stadionunda olacaq.