Sosial şəbəkədə biz:

"Mançester Yunayted" Ronaldunu icarəyə vermək istəyir

24 July 2022, 13:09
Gündəm

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştianu Ronaldunu icarəyə verə bilər.

"Qırmızı-şeytanlar" 37 yaşlı hücumçunun 2022/2023 mövsümündə başqa komandada oynamasına razıdır.

Klub portuqaliyalı forvardın müqaviləsini uzatmaq və 2023/2024 mövsümündə ondan UEFA Çempionlar Liqasında istifafə etmək niyyətindədir.

Qeyd edək ki, Kriştianu Ronaldunun İspaniyanın "Atletiko" (Madrid) klubuna transferi gündəmdədir.