Sosial şəbəkədə biz:

"Toyda yıxıldım, şalvarım cırıq-cırıq oldu" - Vasif Məhərrəmli

26 July 2022, 09:23
Gündəm

"Şourum" verilişi sənət adamları arasında sorğu keçirərək onları pərt edən hadisəni soruşublar.

Əməkdar artist Vasif Məhərrəmli toyda başına gələn hadisəni danışıb. O bildirib ki, ayağının altında qalan şüşə parçası başına bəla olub:


"Bir dəfə uşaqlar stəkanı sındırmışdılar. Ayağımın altında balaca qalığı qaldı, sürüşdüm. Tam yıxılmadım, özümü qorudum. Amma toyun ortasında şalvar cırıq-cırıq oldu, ayağım şişdi. Şalvar ayağımdan çıxmadı, kəsib çıxartdılar".