Sosial şəbəkədə biz:

Məhkəmə YAP-ın “Azərsu” ASC-yə qarşı iddiası ilə bağlı qərar çıxarıldı

27 July 2022, 08:24
Gündəm

Bakı Kommersiya Məhkəməsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının “Azərsu” ASC-yə qarşı iddiasına baxılıb.


Hakim Fərrux Qasımovun sədrliyi ilə araşdırılan prosesdə qərar elan edilib.


Qərara əsasən, iddia aidiyyəti üzrə məhkəməyə göndərilib.


Qeyd: YAP Yasamal rayon təşkilatı “Azərsu” ASC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.