Sosial şəbəkədə biz:

Pənah Hüseyn: “Silahlı Qüvvələrin “Qisas” əməliyyatını müdafiə edir və alqışlayırıq”

04 August 2022, 08:36
Gündəm

Azərbaycan Xalq Partiyası Silahlı Qüvvələrimizin Qarabağda düşmənin terror hərəkətlərinin qarşısının alınması, terrorçuların neytrallaşdırılması və  cəzalandırılması, terror təhlükəsinin aradan qaldırılması üçün həyata keçirdiyi "Qisas" əməliyyatını müdafiə edir və alqışlayır.

Bu barədə partiya sədri Pənah Hüseyn məlumat verib.

“Region və burda yaşayan ermənilər daxil bütün  xalqlar səbəbi “Artsax terror təşkilatı” olan gərginlik, qarşıdurma müharibə təhlükəsindən birdəfəlik  azad edilməlidir. Vətənimizdə, bölgədə sülhün və təhlükəsizliyin qəti şəkildə təminatı Xankəndində Azərbaycan  bayrağının ucalmasıdır. Əminik ki, o gün yaxındadır! Yaşasın Azərbaycan Ordusu! Azərbaycan əsgərinə eşq olsun!” – P.Hüseyn qeyd edib.