Sosial şəbəkədə biz:

Nigar ərinin soyadını niyə silib?

05 August 2022, 09:15
Gündəm

Əməkdar artist Nigar Şabanovanın instaqram hesabından ərinin soyadını silməsi müzakirələrə səbəb olub.

Sənətçi bu barədə olay-a açıqlama verib.

O bildirib ki, bu qərarı çoxdan alıb və şəxsi həyatının sosial şəbəkələrdə gündəm olmasını istəmir:

“Mən onun soyadını çoxdan profilimdən silmişəm. Aramızda ayrılıq, mübahisə söhbətləri olmayıb. Belə razılaşdıq. Çünki özəl həyatım barədə heç nəyin müzakirə olunmasını istəmirəm”.