Sosial şəbəkədə biz:

Bakıda bələdiyyə binasında YANĞIN

08 August 2022, 09:02
Gündəm

Bakıda bələdiyyə binasında yanğın olub.


Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, paytaxtın Xəzər rayonunda ümumi sahəsi 240 m² olan bələdiyyəyə məxsus birmərtəbəli inzibati binanın 1 otağının yanar konstruksiyaları 7 m² sahədə və ondulindən ibarət dam örtüyü 240 m² sahədə yanıb.


Binanın qalan hissəsi və bitişik digər obyektlər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.