Sosial şəbəkədə biz:

Gömrük generalı Kəmaləddin Heydərovu belə aldadırmış…

08 April 2016, 13:58
Gündəm
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovun adını inandığı adamların siyahısından çıxarıb. AzToday.az-a daxil olan məlumata görə, Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsində indiyə kimi əsas adamı sayılan Vüsal Novruzovun “fövqəl nazir”ə pul atdığı aşkar edilib. Belə ki, Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun Gömrük Komitəsinə yerləşdirdiyi, xaricdə ali təhsil alan kadrları Vüsal Novruzovun xəyanətini ifşa edib. Məlum olub ki, Vüsal Novruzov illərlə gömrükdə həyata keçirilən “hesablaşma”larda “şef”ini aldadırmış. Məlumatda bildirilir ki, Tale Heydərov Avropanın nüfuzlu universitetlərinin məzunu olan 10 gənci Gömrük Komitəsində işlə təmin edib. Və həmin 10 gənc yüksək peşəkarlıqla gömrük sistemində baş verən maxinasiyaları tam təfsilatı ilə üzə çıxarıb. Onlar Bakı Gömrük İdarəsinin rəisinin “qara kassa”ya daxil olan pulların məbləği barədə “yuxarı”ya yalan məlumat verdiyini aşkar ediblər. Və “qara kassa”dan yoxa çıxan məbləğin böyük rəqəmlə ifadə olunduğu da məlumatda əksini tapıb. Qeyd edək ki, mediada yayılan iformasiyalarda Vüsal Novruzovun Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə də münasibətlərinin gərgin olduğu bildirilir. Qarşı tərəfi də dinləməyə hazırıq.