Sosial şəbəkədə biz:

Zabux və Sus kəndləri boşaldıldı, 1 erməni qalır — VİDEO

23 August 2022, 10:55
Gündəm

Avqustun 22-də Laçın rayonunun Zabux kəndində məskunlaşmış bütün ermənilər buranı tərk ediblər.

Bu barədə Zabuxda yaşamış partiya sədri Suren Petrasyan açıqlama verib. Petrasyan bəyan edib ki, o da Zabuxdan çıxıb, çünki onların qarşısında duran problemi həll edə bilmirlər.

Rayonun Sus kəndində məskunlaşmış son 12 erməni ailəsi də buranı tərk edib. Yalnız bir sakin qalıb. Bunu Sus kəndinin qondarma adminstrasiya rəhbəri Mxitar Nersisyan deyib.

https://www.youtube.com/watch?v=160qKsQgoco