Sosial şəbəkədə biz:

Polis "Kubinka"da əməliyyat keçirdi - 8 nəfər saxlanıldı (VİDEO)

25 August 2022, 14:09
Gündəm

Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov ("Kubinka") küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.

https://www.youtube.com/embed/bDiB182DlcU