Sosial şəbəkədə biz:

Podolyak "Azovstal"ın əsir düşmüş müdafiəçilərindən danışdı

27 August 2022, 08:38
Gündəm

"Azovstal"ın əsir düşmüş müdafiəçiləri ilə bağlı danışıqlar ləng gedir.

Bu barədə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib. Podolyakın fikrincə, Qırmızı Xaç və BMT bu məsələdə zəifdirlər və onlar daha fəal hərəkət etməlidirlər. Podolyak həmçinin qeyd edib ki, hazırda Ukrayna Rusiya Federasiyası ilə yalnız məhbuslar və digər taktiki məsələlərlə bağlı danışıqlar aparır.

"Biz "Azovstal"ın müdafiəçilərindən də danışırıq, amma işlər çətin gedir, çünki Rusiya onlardan maksimum təbliğat faydası əldə etmək istəyir. Qızıl Xaç və BMT bu məsələdə zəifdir. Onlar fəallaşmalıdırlar", - o deyib.

Podolyak vurğulayıb ki, Ukrayna müharibəsində Rusiya bütün hədləri keçib və törətdiyi cinayətlərə görə cavab verməlidir, çünki əks halda bütün Avropa təhlükəsizlik sistemi etibarını itirəcək.