Sosial şəbəkədə biz:

Emin Ağalarov Qriqori Lepslə restoran biznesi yaradır

21 September 2017, 21:19
Gündəm
Crocus Group-un vitse-prezidenti Emin Ağalarov müğənni Qriqori Lepslə birgə Moskvanın Petrovka küçəsində "Bir qədəh araq” adlı restoran açmağı planlaşdırır. Azinforum.az  TASS-a istinadən bildirir ki, bu barədə E. Ağalarov Vegas Kuntsevanın rəsmi açılışında bildirib. "Biz Qriqori Lepslə 10 oktyabrda Petrovkada "Bir qədəh araq” adlı restoran açmağı planlaşdırırıq. Biz bu layihəyə eyni miqdarda-yarıbayarı vəsait qoymuşuq", - deyə kiçik Ağalarov qeyd edib. Xatırladaq ki, bir müddət əvvəl Lepsin prodüser mərkəzi və Ağalarovun komandası şou-biznes sahəsində konsertlərin və müxtəlif tədbirlərin keçirilməsi sahəsində birgə iş haqda aşıqlama vermişdilər.